"Qarabağ"da 20-ci qol

12:00 - 21 Dekabr 2020

Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub. 

Sportal.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib. “Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.

Ozobiç 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir.

Xəbər xətti