"Neftçi"nin legioneri ilin ən yaxşısı adına namizəd oldu

15:10 - 21 Dekabr 2020

Konqoda 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportal.az xəbər verir ki, 20 nəfərlik siyahıda “Neftçi”nin hücumçusu Prins İbara da var. Azarkeşlər səsvermə ilə qalibi müəyyənləşdirəcək.

Bu mövsümün əvvəlindən "Neftçi"də oynayan 24 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında 7 oyunda 1 qol vurub.

Xəbər xətti