Türkiyə millisinin sabiq baş məşqçisi vəfat etdi

12:55 - 22 Dekabr 2020

Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümer vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Xərçəngdən əziyyət çəkdiyi deyilən 80 yaşlı Sümer müalicə aldığı xəstəxanada dünyasının dəyişib.

Sümer məşqçilik karyerası ərzində "Konyaspor", "Qalatasaray", "Dənizlispor", "Trabzonspor" kimi komandaları çalışdırıb.

Xəbər xətti