"Liverpul" Məhəmməd Salahla müqavilə yeniləməyə hazırlaşır.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, Mersisayd klubu misirli oyunçuya daha yaxşı sözləşmə təklif edib. Hazırda həftəyə 200 min funt-sterlinq qazanan Salaha təklif edilən yeni müqavilədə bu məbləğ artırılıb.
Tərəflərin hazırkı sözləşməsi 2023-cü ilə qədərdi. Salahın adı Madrid "Real"ı ilə hallanır.
saytlarin hazirlanmasi
