"Qarabağ"ın futbolçusundan xeyirxah addım

16:03 - 22 Dekabr 2020

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye ölkəsində xeyriyyə matçı təşkil edəcək.

"Haititempo.com"un məlumatına görə, qarşılaşma dekabrın 27-də təşkil ediləcək.

Oyundan əldə ediləcək vəsait ölkənin xəstəxanalarından birinə bağışlanacaq. Gerye sayta açıqlamasında bu qərarı ilə bağlı bunları deyib:

"Ölkədə bəzi xəstələrin dərman ala bilməməsi məni bu qərarı verməyə vadar etdi. Bu insanlara kömək məqsədiylə belə addım atmağı seçdik. Oyuna radio və telekanalları da dəvət edəcəyik. 5-10 nəfərə deyil, çox sayda insana kömək etməyə çalışırıq".

Xəbər xətti