"Real"ın keçmiş qapıçısı İker Kasilyas Madrid klubuna qayıdıb.
Sportal.az xəbər verir ki, o, La Liqa təmsilçisinin fondunda direktor müavini vəzifəsində çalışacaq. Bu barədə madridlilərin rəsmi saytı məlumat yayıb.
1999-2015-ci illərdə "Real"ın əsas komandasında oynayan Kasilyas yayda karyerasını bitirib.
