Adı "Barselona" ilə hallanan Memfis Depaya daha bir müştəri tapılıb. "Yuventus" "Lion"un hücumçusunu heyətinə qatmaq istəyir.
"Sport"un xəbərinə görə, Turin klubu "barselona"dan daha yüksək təklif irəli sürməyi planlaşdırır. "Lion" isə mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçunu qışda satmağa razıdı.
Depay bu mövsüm 16 oyunda 8 qol vurub, 4 assist edib.
