La Liqanın son turunda "Real Sosyedad"la oyun "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin komandası rəqibini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, Simeone Madrid klubu ilə bütün turnirlərdə 300-cü qələbəsini qazanıb. O, yubiley qələbəsini 499-cu oyununda qazanıb.
"Atletiko" çempionatın turnir cədvəlində 32 xalla liderdi.
