Arveladze çempion olub, istefa verdi

16:48 - 23 Dekabr 2020

Özbəkistanın "Paxtakor" klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.

Gürcüstanlı baş məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".

2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda "AZ Alkmaar", Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.

Xəbər xətti