"Alanyaspor" yunan müdafiəçisi Georgios Tsavellasla müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər müddəti 2023-cü ilin yayında bitəcək yeni 2 illik müqaviləyə imza atıblar. Əvvəlki sözləşmənin müddəti 2021-ci ilin yayına qədər idi.
Tsavellas 2017-ci ilin yanvarından "Alanyaspor"da oynayır.
