"Yuventus" 9 il sonra ilk dəfə İtaliya A Seriyasında 3 top fərqi ilə məğlub olub.
Sportal.az xəbər verir ki, turin klubunun uğursuz göstəricisi XIV turda "Fiorentina" ilə matçda (0:3) qeydə alınıb. "Yuventus" sonuncu dəfə belə nəticəni 2011-ci ildə göstərib. Komanda həmin vaxt "Parma"ya 1:4 hesabı ilə uduzub.
"Yuventus" hazırda 24 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
