Premyer Liqa klubundan yeni transfer

18:18 - 23 Dekabr 2020

"Vest Hem" heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisi danimarkalı mərkəz müdafiəçisi Frederik Alvesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Danimarkanın “Silkeborq” klubundan cəlb olunan 21 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni komandasına qışda qoşulacaq.

Xəbər xətti