"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.
Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.

