2019/20 mövsümünün sonunda "Neftçi"dən ayrılmış Soni Mustivar komandasını dəyişib.
Sportal.az xəbər verir ki, Rumıniyanın "Hermanştadt" klubu ilə vidalaşan haitili futbolçu Kipr təmsilçisi "Nea Salamina"ya keçib.
30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb. Onun sözləşməsi mövsümün sonunda daha 1 il müddətinə uzadıla bilər.
Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib.
