"Real"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

10:50 - 26 Dekabr 2020

La Liqanın XV turunda "Qranada" ilə matçda zədələnən "Real"ın futbolçusu Rodriqo Qoesin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 19 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Rodriqo bu mövsüm La Liqada 11 oyunda 4 assist edib.

Xəbər xətti