"Barselona"nın yetirməsi MLS klubunda

13:48 - 26 Dekabr 2020

Vilfrid Kaptum "Betis"dən ayrılıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını MLS-də davam etdirəcək. O, ABŞ-ın "Nyu İnqlənd" klubuna transfer olunub. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kamerunlu futbolçu daha öncə icarə əsasında "Almeriya"da da çıxış edib. O, "Barselona"nın yetirməsi olsa da, Kataloniya təmsilçisinin əsas komandasında forma şansı qazanmayıb və 2018-ci ildə "Betis"ə üz tutub.

Xəbər xətti