Levandovski ilin, Ronaldo əsrin ən yaxşısı seçildi

10:12 - 28 Dekabr 2020

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bir neçə nominasiyada qalib müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilin ən yaxşı futbolçusu, Münhen klubunun çalışdırıcısı Hans-Diter Flik ilin ən yaxşı baş məşqçisi,  "Bavariya" isə ilin ən yaxşı komandası seçilib.

"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola əsrin ən yaxşı baş məşqçisi, "Real" əsrin ən yaxşı futbol klubu, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo əsrin ən yaxşı oyunçusu adına layiq görülüb.

Ən yaxşı agent mükafatı yenidən Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeşə verilib.

Xəbər xətti