"Qarabağ"ın futbolçusuna iki, "Zirə"nin oyunçusuna bir oyun cəza

13:26 - 28 Dekabr 2020

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

“Zirə”nin futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Xəbər xətti