"Qəbələ"nin hazırlıq planı açıqlandı

15:20 - 28 Dekabr 2020

“Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək. Məlumatı klubun saytı məlumat yayıb.

Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.

Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.

Xəbər xətti