UEFA "Ankaragücü"yə transfer qadağası qoyub.
Sportal.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
"Əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddəti bitmək üzrədi və bu səbəbdən klub cəza ilə üzləşir", - deyə Super Liqa təmsilçisinin prezidenti Fatih Mert bildirib.
O, bütün klublar kimi sponsor tapmaqda çətinlik çəkdiklərini, lakin düzəltmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.
