"Real" Modriçlə razılığa gəldi

15:30 - 29 Dekabr 2020

"Real" Luka Modriçlə yeni müqaviləni razılaşdırıb.

Sportal.az-ın xəbərinə görə, İspaniya mətbuatı tərəflərin bütün şərtlərdə anlaşdığını yazır. Məlumata görə, "kral klubu" xorvatiyalı yarımmüdafiəçi ilə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Modriçin klubla hazırkı müqaviləsi bu mövsümün sonunadək nəzərdə tutulub. O, 2012-ci ildən "Real"da çıxış edir.

Xəbər xətti