"Qarabağ"ın qış hazırlıq planı açıqlandı

16:36 - 29 Dekabr 2020

“Qarabağ”ın qış hazırlıq planı məlum olub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XIV turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığına yanvarın 8-də klubun bazasında start götürəcək.

Komanda qış fasiləsində bir yoxlama oyunu keçirəcək və yanvarın 14-də “Zirə”ylə qarşılaşacaq.

“Sabah” – “Qarabağ” matçı yanvarın 21-də keçiriləcək.

Xəbər xətti