"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi David Alabanın transferi etməkdən imtina edib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı cinah müdafiəçisinin yüksək maaş tələb etməsindən sonra bu addımı atıb.
David Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, Münhen təmsilçisi ilə yollarını ayırmağa qərar verib.
