"Bavariya"nın futbolçusu Alfonso Deyvis ölkəsi Kanadada ilin ən yaxşı idmançısı adına layiq görülüb.
Sportal.az xəbər verir ki, bu barədə Kanada Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Deyvis jurnalistlər arasında keçirilən sorğuda 1-ci olub və "Lionel Konaxer" mükafatını əldə edib.
20 yaşlı müdafiəçi 2020-ci ildə "Bavariya" ilə Almaniya kubokunu, Bundesliqanı, Almaniya superkubokunu, Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.
