"Yuventus"da yeni müqavilə

15:05 - 30 Dekabr 2020

"Yuventus" titul sponsoru olan "Jeep" şirkətiylə müqavilənin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər sözləşməni 2024-cü ilin yayına qədər artırıb.

Razılaşmaya əsasən, "Yuventus" illik 45 milyon avro və yeni titullara görə əlavə bonuslar qazanacaq.

Tərəflər 2012-ci il mövsümündən əməkdaşlıq edir. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.

Xəbər xətti