"Şalke" "Arsenal"ın futbolçusunu icarəyə götürdü

10:58 - 1 Yanvar 2021

Almaniyanın "Şalke" klubu heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, helzenkirxenlilər İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Sead Kolaşinatsı heyətinə qatıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Bundesliqa klubunda çıxış edəcək.

 

27 yaşlı bosniyalı futbolçu 2012-2017-ci illərdə "Şalke" çıxış edib.

Xəbər xətti