Teymur Rəcəbov finalda

20:27 - 1 Yanvar 2021

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Airthings Masters" turnirinin finalına vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, yarımfinalda rusiyalı Daniil Dubovdan üstün olaraq buna nail olub. Ötən gün rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbov bu gün də 2:0 hesablı qələbə ilə həlledici görüşə vəsiqə qazanıb.

Teymurun finaldakı rəqibi Maksim Vaşye-Laqraf - Levon Aronyan duelinin qalibi olacaq. Aronyan ötən gün qələbə qazanıb və bu gün heç-heçə ona kifayət edəcək.

Xəbər xətti