İngiltərə klubundan yeni transfer

15:19 - 2 Yanvar 2021

"Uotford" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisi danimarkalı yarımmüdafiəçisi Filip Zinkkernageli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçin "Bodo-Qlimt" klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.

Xəbər xətti