"Airthings Masters" turnirində final görüşlərinə start verilib.
Sportal.az xəbər verir ki, qossmeysterimiz Teymur Rəcəbov finalın ilk günündə erməni rəqibi Levon Aronyana qalib gəlib. İlk 3 partiya heç-heçə yekunlaşsa da, son partiyada Teymur rəqibini təslim olmağa məcbur edib. Beləliklə, finalın ilk günü Rəcəbovun 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Turnirin qalibi sabah müəyyənləşəcək. Təmsilçimizə heç-heçə də kifayət edəcək.
