Premyer Liqa klubundan antirekord

14:44 - 3 Yanvar 2021

İngiltərə Premyer Liqasının XVII turunda "Kristal Pelas"ın qonağı olan "Şeffild Yunayted" 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bununla da, sözügedən komandanın qələbəsiz oyunlar seriyası 17-yə çatıb. Mövsümdə keçirdiyi 17 oyundan yalnız ikisində heç-heçə edən və qalanlarında məğlubiyyətlə üzləşən "Şeffild Yunayted" Premyer Liüqada antirekord müəyyənləşdirib.

Premyer Liqada əvvəlki antirekord QPR-ə məxsus idi. Sözügedən komanda 2012/13 mövsümündə ardıcıl 16 oyunda qələbəyə həsrət qalmışdı.

Xəbər xətti