"Airthings Masters" onlayn şahmat turnirinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov yarışın qalibi adını qazanıb. Qrossmeysterimiz Həlledici qarşılaşmada erməni rəqibi Levon Aronyana qalib gələrək 1-ci yeri tutub. Finalın ilk günündə rəqibini 2,5:1,5 üstələyən Rəcəbov bu gün də qələbə qazanıb - 2:1.
Turnirin qalibi 60 min dollar mükafat əldə edib.
