İspaniyanın "Diario Cordoba" nəşri "Kordoba" klubunun sabiq futbolçuları barədə yazı hazırlayıb.
Sportal.az xəbər verir ki, yazıda "Qarabağ"ın oyunçusu Kvabena Ovusuya da yer verilib. Onun Azərbaycan klubuna keçidi barədə bunlar yazılıb:
"Təxminən bir il əvvəl qanalı futbolçu Çempionlar Liqasının seçmə mərhələsində və Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Azərbaycan klubu “Qarabağ”a keçdi. "Kordoba"nın uğur qazanmasına kömək edən hücumçu həddindən artıq fərdi oyuna üstünlük verdiyi üçün ümidsizlik yaratdı. Kvabena sürətli olsa da, daha çox qol vura bilən futbolçu ola bilmədi. O, “Qarabağ”ın heyətində İspaniya klubu "Vilyarreal"la oyunda qol vurdu".
