İsrafilovlu "Albasete"dən heç-heçə

12:49 - 4 Yanvar 2021

İspaniya II Liqasında XX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Malaqa” ilə heç-heçə edib – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” 20 oyuna topladığı 15 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti