Portuqaliya - Azərbaycan matçı bu stadionda

22:43 - 6 Yanvar 2021

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək matçın stadionu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında deyib. O, görüşün paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib:

 

"Bu xəbəri elan etməkdən məmnunluq duyuram. Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik".

 

 

Martın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Xəbər xətti