İngiltərənin “Vulverhempton” klubu “Fiorentina”da icarə əsasında çıxış edən hücumçusu Patrik Kutroneni komandaya qaytarıb.
Sportal.az xəbər verir ki, "canavarlar" hücumçusu Raul Ximenesin zədələnməsinə görə bu addımı atıb.
23 yaşlı italiyalı futbolçu 2020-ci ilin əvvəlində "Fiorentina"ya 2 illik icarəyə verilmişdi. "Milan"ın yetirməsi 2020-ci ilin yayında 18 milyon avro qarşılığında "Vulverhempton"a keçib.
saytlarin hazirlanmasi
