"Neftçi"nin keçmiş futbolçusu Dario Frederikonun yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Vyetnamda davam etdirəcək. Braziliyalı futbolçu "Ho Şi Min"lə 1 illik müqavilə imzalayıb.
Dario keçən yay "Neftçi"dən Latviyanın "Riqa" klubuna keçmişdi. O, 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib. Frederiko Azərbaycanda ilk olaraq "Kəpəz"də çıxış edib.
saytlarin hazirlanmasi
