"Ayaks" 22,5 milyon avroya hücumçu aldı

16:35 - 8 Yanvar 2021

Niderlandın “Ayaks” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Sebastian Halleri transfer edib. “Ayaks” bu keçid üçün 22,5 milyon avro təzminat ödəyib. 26 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.

 

"Vest Hem" fransalı futbolçunu 2019-cu ildə "Ayntraxt"dan 50 milyon avroya transfer etmişdi.

Xəbər xətti