Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib.
Sportal.az xəbər verir ki, federasiyanın bu gün təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti 5 il müddətində quruma rəhbərlik edəcək.
Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər.
saytlarin hazirlanmasi
