"Brügge" "Fənərbaxça"nın futbolçusunu transfer etdi

22:22 - 28 Yanvar 2021

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Nabil Dirar karyerasını Belçikada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi keçmiş klubu "Brügge" ilə anlaşıb. Keçidin tezliklə açıqlanacağı gözlənilir. "Mavi-qaralar" bu transfer üçün təzminat ödəməyib.

 

Mərakeşli oyunçu 2017-ci ildə "Monako"dan 4,5 milyon avro qarşılığında İstanbul klubuna keçib. Dirar 2008-2012-ci illərdə "Brügge"də çıxış edib.

Xəbər xətti