AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
- Mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı” təsis olunsun
- COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş Azərbaycan milli komandalarının həkimlərinə AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təşəkkür elan olunsun:
Lalə İbrahimova – COVID-19
Natiq Süleymanov – Vətən müharibəsi.
