"Qalatasaray" futbolçusu Cessi Sekidikanı "Konyaspor"a icarəyə verib.
Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu mövsümün sonuna qədər Super Liqa təmsilçisində çıxış edəcək. Onun maaşını Konya təmsilçisi ödəyəcək.
24 yaşlı vinger 2020-ci ilin qış fasiləsində "Əskişəhərspor"dan "Qalatasaray"a keçib. Sekidika bu mövsüm keçirdiyi 7 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
