Nika Kvekveskiri Polşa klubunda

17:39 - 29 Yanvar 2021

Bakı "İnter"i (indiki "Keşlə") və "Qəbələ"nin keçmiş futbolçusu Nika Kvekveskiri karyerasını Polşada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi "Lex"ə keçib. 28 yaşlı yarımmüdafiəçi ilə 6 ay+2 illik müqavilə imzalanıb.

 

Gürcüstan millisinin üzvü son olaraq Qazaxıstanın "Tobol" klubunda oynayıb. Nika 2015-16-cı illərdə "İnter"də, 2016-17-ci illərdə isə "Qəbələ"də çıxış edib.

Xəbər xətti