"Parma" rumıniyalı futbolçunu 13 milyona transfer etdi

22:22 - 29 Yanvar 2021

İtaliyanın "Parma" klubu Rumıniya təmsilçisi "Styaua"nın futbolçusu Dennis Manı transfer edib.

 

Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi sağ cinah vingeri ilə 4,5 illik müqavilə imzalayıb. "Xaçlılar" bu keçid üçün 13 milyon avro təzminat ödəyib.

 

Rumıniya millisinin üzvü 2016-cı ildən Buxarest təmsilçisində çıxış edirdi. 22 yaşlı futbolçu bu mövsüm keçirdiyi 20 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti