"Trabzonspor" "Volfsburq"un futbolçusu ilə razılığa gəldi

22:29 - 29 Yanvar 2021

"Trabzonspor" "Volfsburq"un yarımmüdafiəçisi Yunus Mallının transferini tamamlayıb.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, "bordo-mavilər" bu keçid üçün Bundesliqa klubuna 1 milyon avrodan az təzminat ödəyəcək. 

 

"Volfsburq" 28 yaşlı futbolçunu 2017-ci ildə "Maynts"dan 12,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm 2 oyun keçirib.

Xəbər xətti