Halkın yeni klubu müəyyənləşdi - rəsmi

12:47 - 30 Yanvar 2021

Çinin "Şanxay SIPG" klubundan ayrılan Halkın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu 14 il sonra karyerasını ölkəsində davam etdirəcək. 34 yaşlı hücumçu yüksək liqa təmsilçisi "Atletiko Mineyro"ya keçib. Klub təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqlayıb.

 

Braziliya millisinin keçmiş üzvü 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. O, Çində illik 17 milyon avro maaş alırdı.

 

Resim

Xəbər xətti