Cenk Tosun "Beşiktaş"a qayıtdı

00:31 - 31 Yanvar 2021

"Everton"da əsas heyətə düşməkdə çətinlik çəkən Cenk Tosunu "Beşiktaş"a icarəyə verib.

 

Sportal.az xəbər verir ki, türkiyəli hücumçu mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək.

 

"Everton" 29 yaşlı futbolçunu 2018-ci ildə "Beşiktaş"dan 22,5 milyon avroya transfer edib. O, bu mövsüm keçirdiyi 7 oyunda 1 qol vurub.

Xəbər xətti