"Fulhem" Serini icarəyə verdi

11:53 - 31 Yanvar 2021

İngiltərənin "Fulhem" klubu yarımmüdafiəçisi Jan-Mişel Serini icarəyə verib.

 

Sportal.az xəbər verir ki, kot-d-ivuarlı futbolçu Fransanın "Bordo" klubuna keçib. 29 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

London klubu Serini ötən mövsüm "Qalatasaray"a icarəyə vermişdi. "Fulhem" yarımmüdafiəçini 2018-ci ildə Fransanın "Nitsa" klubundan 30 milyon avroya transfer edib. 

Xəbər xətti