"Qalatasaray" heyətini gücləndirməkdə davam edir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Nyukasl"dan Deandre Yedlinlə 3,5 illik anlaşıb. ABŞ millisinin üzvü tibbi müayinədən keçmək üçün Türkiyəyə yollanıb. O, "sarı-qırmızılar"a azad agent statusu ilə keçib.
Yedlin 2016-cı ildə 5,9 milyon avroya "Tottenhem"dən "Nyukasl"a keçib. 27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
