Bu gün Azərbaycanın ilk idman telekanalı "İdman TV" 12 yaşını qeyd edir.
Sportal.az xəbər verir ki, telekanal 2009-cu ilin fevral ayının 1-də "İdman Azərbaycan" adı ilə tamaşaçıların görüşünə gəlib.
Avropanın bir çox aparıcı liqaları, dünya çempionatı, Olimpiya oyunları və digər nüfuzlu yarışlar "İdman TV"də izləyicilərə təqdim olunur.
Telekanalda çalışan həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq!
saytlarin hazirlanmasi
