"Başakşəhər" burundili futbolçunu transfer etdi

14:14 - 1 Fevral 2021

İrfan Can Kahvecini "Fənərbaxça"ya satan "Başakşəhər" yarımmüdafiə xəttinə yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Yeni Malatyaspor"un futbolçusu Yussuf Ndayişimiyeni transfer edib. Burundi millisinin üzvü ilə 4,5 illik müqavilə imzalanıb.

 

22 yaşlı oyunçu 2020-ci ildən "Yeni Malatyaspor"da çıxış edirdi. O, bu mövsüm keçirdiyi 21 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti